Ağdaşda kiçik həcmli yük maşını aşıb, sürücü xəsarət alıb
Hadisə
- 28 yanvar, 2018
- 01:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ağdaş. 28 yanvar. REPORT.AZ/ Ağdaşda yük maşınının aşması nəticəsində 1 nəfər xəsarət alıb.
"Report"un yerli bürosunun məlumatına görə, 1990-cı il təvəllüdlü Tovuz rayon sakini Ələkbərli Ələkbər Faiq oğlunun idarə etdiyi "Qazel" markalı maşının hərəkətdə olan zaman anidən təkəri partlayıb və o, yol kənarına aşıb.
Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qəza Bakı-Qazax yolunun 283-cü km-də baş verib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Son xəbərlər
03:11
"Türk dünyası dialoqları"nın beşinci müzakirəsi Şimali Kiprdə keçiriləcək
Region02:36
Ər-Riyad hava limanına hücumlarda 12 nəfər həlak olub, 300-dən çox şəxs yaralanıb
Digər ölkələr02:09
Portuqaliya Futbol Federasiyası Ronaldunun noyabrda milli komandaya qayıdacağına ümid edir
Futbol01:45
Yer kürəsində son üç ayın ən güclü maqnit qasırğası müşahidə olunur
Ekologiya01:16
ABŞ-də qasırğa fonunda ehtiyatdan 4 milyon barelədək neftin buraxılmasına icazə verilib
Digər ölkələr00:44
"Euronews": Azərbaycan cüdoçusu karyerasının ən böyük qələbəsini qazana bilərdi
Media00:17
Rubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib
Digər ölkələr00:00
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür
Daxili siyasət23:48