Toyda Qobustan sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb, cinayət işi açılıb - YENİLƏNİB 2

Toyda Qobustan sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb, cinayət işi açılıb - YENİLƏNİB 2 Ağdaş rayonunda toy mərasimində bıçaqlanma hadisəsi baş verib.
Hadisə
9 Sentyabr , 2024 09:30
Toyda Qobustan sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb, cinayət işi açılıb - YENİLƏNİB 2

Ağdaş rayonu ərazisində yerləşən şadlıq evlərindən birinin qarşısında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin xəsarətlər alması, daha sonra həmin xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Report"a Ağdaş Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı 1970-ci il təvəllüdlü Qadir Məmmədovun aralarında yaranmış mübahisə zamanı İlkin İskəndərliyə kəsici-deşici alətlə xəsarətlər yetirməsi nəticəsində sonuncunun yerləşdirildiyi xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qadir Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

08:40

Sentyabrın 8-də saat 00:05 radələrində Ağdaş şəhərində 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan"Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1970-ci il təvəllüdlü Qadir Məmmədov saxlanılıb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.

2024-09-08 21:36

Ağdaş rayonunda toy mərasimində bıçaqlanma hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə axşam saatlarında rayon mərkəzində baş verib.

İlkin məlumata görə, Qobustanın Nərmankənd sakini 28 yaşlı İlkin İsgəndərli ötən gün Ağdaşda keçirilən toy məclisində qonaq qismində iştirak edib. Mərasim zamanı onun digər şəxs və ya şəxslərlə baş verən mübahisəsi davaya çevrilib.

Dava zamanı müxtəlif bıçaq xəsarətləri alan İlkin İsgəndərli ağır vəziyyətdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

DİN-in mətbuat xidmətinin regional qrupundan “Report”un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Ağdaş şəhərində 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.

Əməli törədən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilir. Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam edir. Qeyd edək ki, dünyasını dəyişən İlkin İsgəndərli ailəli olub və onun bir övladı var.

Son xəbərlər

Orphus sistemi