Ağdamda doğuş vaxtı kliniki ölüm keçirən qadın Bakıya gətirilir - YENİLƏNİB

Ağdamda doğuş vaxtı kliniki ölüm keçirən qadın Bakıya gətirilir - YENİLƏNİB Ağdam rayonunda doğuş vaxtı kliniki ölüm keçirən 24 yaşlı qadının bətnindəki döl tələf olub.
Hadisə
15 aprel 2025 19:58
Ağdamda doğuş vaxtı kliniki ölüm keçirən qadın Bakıya gətirilir - YENİLƏNİB

Ağdamda doğuş zamanı kliniki ölüm keçirən qadın Bakıdakı xəstəxanalardan birinə yerləşdiriləcək.

"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, Fatimə Yusifovanın vəziyyəti nəzərə alınaraq onun paytaxtda fəaliyyət göstərən xəstəxanalardan birinə köçürülməsi qərara alınıb. 

Hazırda F.Yusifovanın təcili tibbi yardım avtomobili ilə paytaxta göndərilməsi prosesi həyata keçirilir.

14:37

Ağdamda dölün ana bətnində tələf olmasının ilkin səbəbi açıqlanıb.

TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 10:30 radələrində 2004-cü il təvəllüdlü şəxs hamiləliyin 41-ci həftəsinin doğuş sancıları ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və doğum şöbəsinə hospitalizasiya olunub.

Qeyd olunub ki, ona təkdöllü spontan doğuş, hamiləliyin sonunda döl başının tibbi yardım göstərilməsini tələb edən yüksək duruşu, döl qişalarının vaxtından əvvəl cırılması diaqnozları təyin olunub.

Məlumata görə, müraciət zamanı qadının səhhətinin ağırlaşması səbəbindən saat 11:10 radələrində Cərrahiyyə blokuna yerləşdirilib. Zəruri instrumental-diaqnostik müayinələrə baxmayaraq, vətəndaşın kliniki ölüm halı qeydə alınıb.

Həkimlərin çoxsaylı müdaxiləsi sayəsində qadının həyatı xilas edilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

Ölü doğulan körpənin meyiti təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.

12.43

Ağdam rayonunda doğuş vaxtı kliniki ölüm keçirən 21 yaşlı qadın həyata qaytarılsa da, bətnindəki döl tələf olub.

"Report"un Qarabağ bürosu xəbər verir ki, Ağdam Mərkəzi Rayon Xəstəxanasında doğuş üçün əməliyyat otağına götürülən 2004-cü il təvəllüdlü Yusifova Fatimə Məzahir qızının halı qəfil pisləşib.

İlkin müayinə zamanı onun öldüyü müəyyən edilib. Həkimlərin yardımı sayəsində F.Yusifovaya tibbi müdaxilələr edilərək onun ürək fəaliyyərini bərpa etmək mümkün olsa da, onun bətnindəki döl tələf olub.

Hazırda F.Yusifovanın səhhəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Orphus sistemi