"AER" dondurma şirkəti cərimələnib

"AER" dondurma şirkəti cərimələnib Sumqayıt Dövlət Yol Polisi Şöbəsi “AER Company Qrup” MMC barədə inzibati protokol tərtib edib.
Hadisə
23 Sentyabr , 2019 12:19
AER dondurma şirkəti cərimələnib

Sumqayıt Dövlət Yol Polisi Şöbəsi “AER Company Qrup” MMC barədə inzibati protokol tərtib edib.

"Report"un xəbərinə görə, Sumqayıt Şəhər Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 347-ci (hüqiqi şəcsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə yazılan protokola əsasən, şirkəti 300 manat cərimələyib.

Sumqayıt Şəhər Məhkəməsi i 29 iyul 2019-cu il tarixli qərarından şirkətin verdiyi şikayətə Sumqayıt Apelyasiya Məhkəməsində baxılıb.

Hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən prosesdə şikayətin təmin edilməməsi barədə qərar elan edilib.

Qeyd edək ki, 1998-ci ildən fəaliyyət göstərən və dondurma istehsalı ilə məşğul olan “AER Company Group” MMC olaraq məhsullarını “AER” ticarət nişanı altında müştərilərinə təqdim edir.

Son xəbərlər

Orphus sistemi