Abşeronda zeytunluq yanıb, zəhərlənən var
Hadisə
- 09 iyun, 2020
- 07:03
Abşeron rayonunda zeytun bağında yanğın olub, bir nəfər zəhərlənib.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Saray qəsəbəsində baş verib.
Üzümlük yaşayış massivində Sədayət Xanlarova məxsus 3 hektar ərazidə əkilmiş zeytun bağı yanıb. Əraziyə FHN-nin yanğınsöndürənləri cəlb olunub.
Alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb. Yanğın söndürülsə də, bağ tamamilə yanıb. Yanğın zamanı 3 mindən çox zeytun ağacı və damlama üsulu ilə quraşdırılan su boruları məhv olub.
Hadisə zamanı bağ sahibinin oğlu Emin Xanlarov tüstüdən zəhərlənib. O, Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
10:53
Naxçıvanda kağız və karton istehsalı 78 % artıb
Sənaye10:52
"Yuventus"un futbolçusu Kənan Yıldız ağır zədə alıb
Futbol10:49
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Sağlamlıq10:48
Türkiyə ABŞ-nin Suriyanı terrorizmə dəstək verən ölkələr siyahısından çıxarmasını alqışlayıb
Xarici siyasət10:43
Türkiyəli professor: "Azərbaycan-Özbəkistan Əbədi Dostluq Sazişi" Türk dünyasının geosiyasi onurğasıdır
Xarici siyasət10:43
Qaradağda 45 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Hadisə10:41
Bakıda başı dəmir barmaqlıqlar arasında qalan azyaşlı boğularaq ölüb
Hadisə10:38
"Gəncə" iki voleybolçu ilə müqavilə bağlayıb
Komanda10:35