Abşeronda tanışını süngü bıçağı ilə qətlə yetirən şəxsin məhkəməsi başlayır

Abşeronda tanışını süngü bıçağı ilə qətlə yetirən şəxsin məhkəməsi başlayır Abşeronda tanışını qətlə yetirməkdə təqsirləndirilən Vüsal Dünyamalıyevin cinayət işi icraata verilib.
Hadisə
12 Yanvar , 2022 16:12
Abşeronda tanışını süngü bıçağı ilə qətlə yetirən şəxsin məhkəməsi başlayır

Abşeron rayonunda tanışını qətlə yetirməkdə təqsirləndirilən Vüsal Dünyamalıyevin cinayət işi üzrə məhkəmə iclası başlayır.

"Report" xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Hafiz Əliyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə ötən il mayın 30-da Abşeron rayonunda qeydə alınıb.

Belə ki, V.Dünyamalıyev şəxsi münasibətlər zəminində tanışı Sərdar Həsənovu hərbi təyinatlı süngü bıçağı ilə çoxsaylı xəsarətlər yetirərək öldürüb.

V.Dünyamalıyev könüllü olaraq cinayət aləti olan süngü bıçağını polisə təqdim edərək təslim olub.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi