Abşeronda qəza nəticəsində minik maşını aşıb, yaralanan var - FOTO
Hadisə
- 01 iyul, 2017
- 04:22
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 iyul. REPORT.AZ/ Abşeron rayonunun Masazır qəsəbəsində xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report" xəbər verir ki, H.Əliyev küçəsindəki yol ayrıcında geriyə dönmək istəyən "QAZ-3110" markalı avtomobil "Chevrolet"lə toqquşub.
Zərbənin gücündən "QAZ-3110" aşıb. Onun içərisində olan 1969-cü il təvəllüdlü Babayev Amil Cəmil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hər iki avtomobil deformasiyaya uğrayıb.
Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. İlkin ehtimala görə, qəzaya "Chevrolet" markalı avtomobilin yüksək sürətlə hərəkət etməsi səbəb olub.
Baş vermiş qəza ilə bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Son xəbərlər
14:18
SOCAR III rübdə 1,7 milyon tondan çox neft hasil edib
Energetika
14:16
Noyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb
Sosial müdafiə
14:14
SOCAR ötən rüb ixrac etdiyi neft və qaz həcmlərini açıqlayıb
Energetika
14:08
Foto
AZCON və "Samruk-Kazyna" strateji əməkdaşlığı genişləndirir
Biznes
14:03
Anuar Nuraxmetov: "Azərbaycan regional kibertəhlükəsizlik mərkəzinə çevrilə bilər" - Müsahibə
İKT
13:53
Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsi 3 dəfəyə yaxın artıb
Biznes
13:49
Ötən rüb Azərbaycanda qaz istehlakı 7 %-ə yaxın azalıb
Energetika
13:46
"Firefox" Azərbaycandakı bazar payının 17 %-dən çoxunu itirib
İKT
13:44
Vaqif Sadıqov: "U-15 dünya çempionatı Azərbaycan futbolunun inkişafına böyük təkan verəcək"
Futbol