Abşeronda qardaş bacısını başından güllələyərək qətlə yetirib

Hadisə
  • 18 oktyabr, 2017
  • 03:25
Abşeronda qardaş bacısını başından güllələyərək qətlə yetirib

Bakı. 18 oktyabr. REPORT.AZ/ Abşeron rayonunun Saray qəsəbəsində qətl hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1982-ci il təvəllüdlü Süleymanova Əntiqə Abdulla qızı qısqanclıq zəminində qardaşı tərəfindən tüfənglə güllələnərək qətlə yetirilib.

Qadın göz və alın nahiyələrindən güllə yarası alıb.

Hadisəni törədən şəxs Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

44 - Tezliklə