Abşeronda iki nəfər dəm qazından zəhərlənib

Hadisə
  • 03 mart, 2022
  • 02:47
Abşeronda iki nəfər dəm qazından zəhərlənib

Abşeron rayonunda dəm qazından zəhərlənmə hadisələri baş verib.

"Report"un məlumatına görə, hadisələr Saray və Hokməli qəsəbələrində qeydə alınıb. Belə ki, Saray qəsəbə sakini, 1985-ci il təvəllüdlü Firuzə Kərimova və Hökməli qəsəbə sakini, 2007-ci il təvəllüdlü Mustafayeva Rəsmiyyə Qənbər qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Hər iki şəxs təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hər iki fakt araşdırılır.