Abşeronda avtomobillər toqquşub, taksi sürücüsü ölüb

Abşeronda avtomobillər toqquşub, taksi sürücüsü ölüb Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Məmmədli kəndində “AzSamand” və “Mercedes” markalı iki minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan FHN-nin Xususi Riskli Xilasetmə Xidm
Hadisə
27 Dekabr , 2021 09:22
Abşeronda avtomobillər toqquşub, taksi sürücüsü ölüb

Abşeron rayonunda baş verən yol qəzası ilə bağlı cinayət işi açılıb.

“Report”un xəbərinə görə, hadisə rayonun Məhəmmədi qəsəbəsi, Məhəmmədi-Mehdabad yolunda qeydə alınıb.

Belə ki, taksi sürücüsü, 2000-ci il təvəllüdlü Vəliyev Cəmaləddin Şahlar oğlunun idarə etdiyi  “AzSamand” markalı avtomobillə digər taksi sürücüsü, 1981-ci il təvəllüdlü Vəliyev Ramin Sabir oğlunun idarə etdiyi “Mercedes” markalı maşın toqquşub. Nəticədə C.Vəliyev hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

08.41

Abşeron rayonunda “AzSamand”la “Mercedes” toqquşub.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) xəbər verir ki, hadisə Məmmədli kəndində baş verib.

Hadisə yerinə cəlb olunan FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 2000-ci il təvəllüdlü Vəliyev Cəmaləddin Şahlar oğlunun meyitini deformasiyaya uğrayan “AzSamand” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi