Abşeronda avtomobil qadını vuraraq öldürüb

Hadisə
  • 18 noyabr, 2022
  • 05:15
Abşeronda avtomobil qadını vuraraq öldürüb

Abşeronda avtomobil qadını vuraraq öldürüb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə noyabrın 17-də Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, naməlum avtomobil Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolu keçən piyada Abşeron rayonu, Nübar qəsəbə sakini, 1959-cu il təvəllüdlü Cavadi Gülayə Ələkbər qızını vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə