Abşeronda avtomobil 45 yaşlı kişini vuraraq öldürüb

Abşeronda avtomobil 45 yaşlı kişini vuraraq öldürüb Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası olub.
Hadisə
4 Noyabr , 2021 09:50
Abşeronda avtomobil 45 yaşlı kişini vuraraq öldürüb

Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası olub.

“Report”un əldə etdiyi məlumata görə, hadisə noyabrın 3-də rayonun Qobu qəsəbəsi, S.Vurğun küçəsində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Rufan Qarayev idarə etdiyi “Opel Astra” markalı avtomobillə küçədə hərəkətdə olan piyada, 1976-cı il təvəllüdlü Zülfüqar İmranovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi