Abşeronda 23 gün əvvəl avtomobilin vurduğu şəxs xəstəxanada vəfat edib

Abşeronda 23 gün əvvəl avtomobilin vurduğu şəxs xəstəxanada vəfat edib Abşeronda 23 gün əvvəl avtomobilin vurduğu şəxs bu gün vəfat edib.
Hadisə
12 Aprel , 2024 19:15
Abşeronda 23 gün əvvəl avtomobilin vurduğu şəxs xəstəxanada vəfat edib

Abşeronda 23 gün əvvəl avtomobilin vurduğu şəxs bu gün vəfat edib.

"Report"un yerli bürosu məlumat verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə martın 20-də Ceyranbatan qəsəbəsində qeydə alınıb. "Opel" markalı avtomobil yolu keçən piyada, 1975-ci il təvəllüdlü Şirvan Hüseyn oğlu Qasımovu vurub. Xəsarət alan piyada Bakıda xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi