Abşeronda tanışını qəsdən öldürməkdə təsirləndirilən şəxsin işi məhkəməyə göndərilib

Abşeronda tanışını qəsdən öldürməkdə təsirləndirilən şəxsin işi məhkəməyə göndərilib Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
Hadisə
8 Dekabr , 2023 16:04
Abşeronda tanışını qəsdən öldürməkdə təsirləndirilən şəxsin işi məhkəməyə göndərilib

Avqustun 19-da Sumqayıt şəhər sakini Ruslan Məmmədovun qəsdən öldürülməsi faktı üzrə Abşeron rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, istintaqla Stanislav Yakuşevin qeyd edilən tarixdə rayonun Masazır kəndi ərazisində yerləşən qəbiristanlığın yaxınlığında istifadəsiz köşkdə Ruslan Məmmədovla spirtli içki qəbul etdikdən sonra aralarında yaranmış mübahisə zamanı sonuncunun baş nayihəsinə daşla vuraraq qəsdən öldürməsi, daha sonra sonuncunun üzərində olan mobil telefonu oğurlamasına əsaslı şübhələr müəyyən edilib.

Stanislav Yakuşevə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 177.2.2 (təkrar oğurluq etmə) və digər maddələrilə maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi