Abel Məhərrəmov, Əli Abbasov və Murad Adıgözəlzadə cərimələndi

Abel Məhərrəmov, Əli Abbasov və Murad Adıgözəlzadə cərimələndi BDU-nunsabiqrektoruAbel Məhərrəmov, aabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov və Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlzadə sabiq millət vəkili İlham Əliyevin karantin qaydalarını pozaraq təşkil etdiyi toy məra
Hadisə
11217
23 Avqust , 2020 11:33
Abel Məhərrəmov, Əli Abbasov və Murad Adıgözəlzadə cərimələndi
Abel Məhərrəmov, Əli Abbasov və Murad Adıgözəlzadə

BDU-nun sabiq rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov və Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlzadə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin karantin qaydalarını pozaraq övladı üçün təşkil etdiyi toy mərasimində iştirak etdiklərinə görə cərimələniblər.

“Report” xəbər verir ki, hər üç şəxs İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğdə cərimə edilib.

DİN Mətbuat Xidmətindən faktı “Report”a təsdiq ediblər.

Qeyd edək ki, sabiq millət vəkili İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib. Nəticədə Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyev və onun qudası Rövşən Mustafayevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Hər iki şəxs 15 sutka müddətinə inzibati qaydada həbs olunub.

Son xəbərlər

Orphus sistemi