“Yuventus” Buffonu geri qaytarır
Futbol
- 26 iyun, 2019
- 01:55
Fransanın PSJ klubunun qapıçısı Canluici Buffon yaxın vaxtlarda "Yuventus"a keçəcək.
"Report" xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano öz "Twitter" səhifəsində məlumat verib.
“Buffon "Yuventus"a qayıtmağa hazırdır! O, gələn mövsüm Şesninin əvəzedicisi olacaq. Cici tezliklə müqavilə imzalayacaq", — deyə Romano yazıb.
41 yaşlı Buffon “Yuventus"a pulsuz başa gələcək, çünki onun PSJ ilə müqaviləsi cari ilin 30 iyun tarixində bitir.
Buffon ötən mövsüm PSJ-də 25 oyun keçirib və 25 qol buraxıb. O, mövsümün sonunda Fransa çempionu olub.
Son xəbərlər
01:23
Azərbaycan və Ukrayna rəsmiləri ikitərəfli gündəliyi müzakirə ediblər
Xarici siyasət01:21
Ceyhun Bayramov: Azərbaycan Cammu və Kəşmir məsələsinin beynəlxalq hüquq yolu ilə həllinə sadiqdir - YENİLƏNİB
Xarici siyasət01:08
Tramp: Ərdoğan möhtəşəm insandır
Digər ölkələr00:40
Azərbaycan-Sinqapur əməkdaşlığının genişləndirilməsi nəzərdən keçirilib
Xarici siyasət00:29
Azərbaycan və Kolumbiya qarşılıqlı şəkildə viza rejimini ləğv ediblər
Xarici siyasət00:17
Bu gün bir sıra rayonlarda işıq olmayacaq
Energetika23:57
Foto
Ərdoğan qətərli həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib
Region23:46
IRIB: Əraqçi Hörmüz boğazının hansı şərtlərlə açılacağı barədə Uitkoffu məlumatlandırıb
Region23:44