"Yuventus" Aaron Remsi ilə müqavilə bağlayıb
Futbol
- 11 fevral, 2019
- 19:28
Bakı. 11 fevral. REPORT.AZ/ Turin "Yuventus"u öz rəsmi saytında London "Arsenal"ının yarımmüdafiəçisi Aaron Remsi ilə müqavilə bağladığını elan edib.
“Report” xəbər verir ki, uelsli futbolçu 1 iyul 2019-cu il tarixindən Turin komandasının oyunçusu olacaq. Həmin tarixdə onun ingilis klubu ilə müqaviləsinin vaxtı bitəcək.
KİV-in məlumatına görə, Remsinin Turin klubunda illik maaşı 23 milyon avrodan çox olacaq. "Arsenal" futbolçunu komandada saxlamağa çalışsa da, onu əmək haqqı ilə bağlı razı sala bilməyib.
İyirmi səkkiz yaşlı yarımmüdafiəçi cari mövsümdə İngiltərə klubunda milli çempionatda 22 oyun keçirib və iki qol vurmaqla yanaşı, 6 məhsuldar ötürmə edib. Eləcə də, onun hesabında Avropa Liqasında üç oyun və bir qol var.
Son xəbərlər
20:30
"Evdə tək 2" filminin ulduzu Tim Karri vəfat edib
Şou-biznes20:16
Sahibə Qafarova Serbiyaya səfər edəcək
Xarici siyasət20:09
Məhəmməd İslami: BAEA ABŞ və İsrailin oyuncağına çevrilib
Region20:06
Avropa çempionatı: Azərbaycanın voleybol millisi ilk məğlubiyyətini alıb
Komanda19:52
Tibetdə sel zamanı 3 nəfər ölüb, 260-dan çox insan itkin düşüb
Digər ölkələr19:37
Heydər Əliyev Fondu qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirib
Sosial müdafiə19:29
Cəlilabadda zəlzələ baş verib
Hadisə19:24
Bakıda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
İnfrastruktur19:18
Video