Yuxarı

Yaponiyalı Kadzuesi Miura ən yaşlı futbolçu kimi tarixə düşüb

Təcrübəli forvard ingiltərəli Stenli Metyuza məxsus rekordu yeniləyib

Bakı. 6 mart. REPORT.AZ/ Yaponiyanın "Yokohama" klubunun hücumçusu Kadzuesi Miura rəsmi matçlarda iştirak edən ən yaşlı futbolçu kimi tarixə düşüb.

"Report" FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli forvard ingiltərəli Stenli Metyuza yarım əsrdən çox məxsus olmuş rekordu yeniləyib.

Metyuz 50 yaş 5 günlüyündə, Miura isə Yaponiyanın II Liqasında "V-Varen Naqasaki" ilə qarşılaşmada 50 yaş 7 günlüyündə ikən meydana çıxıb. Yaponiyalı qolçu 54-cü dəqiqədə meydanı tərk etdikdən sonra komandalar hərəyə bir qol vurub.

Kadzuesi Miura peşəkar futbolçu karyerasına 1986-cı ildə başlayıb. O, 4 il ərzində Braziliyanın "Santos", "Palmeyras", "Koritiba" klublarında çıxış edib. Miura 1994-1995-ci illərdə İtaliya "Cenoa"sının formasını geyinib. 50 yaşlı forvard "Yokohama"da 2005-ci ildən oynayır. O, 231 matçda 24 qol vurub. Yaponiya millisində isə Miura 1990 - 2000-ci illərdə 89 qarşılaşmada 55 dəfə fərqlənib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi