"Azərbaycanda kiminsə Mxitaryanı hədələdiyini düşünmürəm".
"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov "Yandex.ru"ya geniş müsahibəsində İtaliya "Roma"sında çıxış edən Henrix Mxitaryanın Bakıdan hədələr almasına dair fikirlərinə münasibət bildirərkən deyib.
Hazırda klubsuz olan 31 yaşlı yarımmüdafiəçi Azərbaycanın qonaqpərvər ölkə olduğunu söyləyib: "Artıq burada erməniləri qəbul etmişik, onların təhlükəsizliklərinə də təminat verilib. İdmançılar üçün hər şey təmin edildi. Azərbaycanda normal idman tədbirləri keçirilib. İdman siyasətlə əlaqəli deyil".
Qeyd edək ki, müqavilə ilə İngiltərə "Arsenal"ına məxsus olan Henrix Mxitaryan 2019-cu ildə Bakıda keçirilmiş Avropa Liqasının finalı üçün Azərbaycana gəlməkdən imtina edib. Bakı Olimpiya Stadionundakı qarşılaşma "Çelsi"nin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.