U-17-nin üzvləri üçün seminar keçirilib

U-17-nin üzvləri üçün seminar keçirilib Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.
Futbol
8 Fevral , 2020 17:03
U-17-nin üzvləri üçün seminar keçirilib

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.

"Report" AFFA-ya istinadən xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib. Seminar iştirakçılarına İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsi məlumat verilib. Son dövrdə aparılan mübarizənin əyani sübutlarını əks etdirən, eləcə də maarifləndirici və hesabat xarakterli təqdimatla çıxış edən nümayəndə iştirakçıların suallarını cavablandıran zaman bildirib ki, bu cür neqativ hallarla və ya şübhəli məqamlarla qarşılaşdıqda əlavə edilmiş linkə daxil olub, göstərilmiş əlaqə nömrələrinə və ya elektron ünvanlara məlumat göndərə bilərlər: “Danışılmış oyunlar və oyun nəticələrinin manipulyasiyası”

Son xəbərlər

Orphus sistemi