Tyerri Anri “Monako”nun baş məşqçisi təyin olunub
Futbol
- 13 oktyabr, 2018
- 09:26
Bakı. 13 oktyabr. REPORT.AZ/ Futbol üzrə Fransa yığmasının sabiq futbolçusu Tyerri Anri “Monako”nun baş məşqçisi təyin olunub.
“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssislə 2021-ci ilin iyun ayınadək müqavilə bağlanılıb. O, bu postda Leonardu Jardimi əvəzləyib.
Qeyd edək ki, Anri peşəkar futbolçu karyerasına da “Monako”da başlayıb. O daha sonra İtaliyanın “Yuventus”, İngiltərənin “Arsenal”, İspaniyanın “Barselona” və ABŞ-ın “Nyu-York Red Bullz” komandalarının formasını geyinib. 2015-ci ildə “Arsenal”da məşqçiliyə başlayan sabiq forvard Belçika millisində baş məşqçi Roberto Martinezin köməkçisi vəzifəsində çalışırdı.
Son xəbərlər
01:50
Livanda atəşkəsdən sonra ölənlərin sayı 254-ə çatıb
Digər ölkələr01:26
Monteneqro XİN: Hörmüz boğazında naviqasiya azadlığı prioritet olmalıdır
Digər ölkələr00:56
UEFA Çempionlar Liqası: 1/4 final mərhələsinin daha iki oyunu keçirilib
Futbol00:38
Vens: İran Hörmüz boğazını açmasa, ABŞ atəşkəs rejiminə riayət etməyəcək
Digər ölkələr00:27
ABŞ İranla əldə olunan atəşkəsin Livana da şamil edilməsi imkanlarını nəzərdən keçirir
Digər ölkələr00:01
BVF: Yaxın Şərqdəki müharibə ərzaq qiymətlərinin yüksəlməsinə gətirib çıxaracaq
Digər ölkələr23:44
Ekvador Kolumbiyadakı səfirini müvəqqəti olaraq geri çağırır
Digər ölkələr23:21
Qalibaf: İranın ABŞ ilə razılaşma planının üç bəndi artıq pozulub
Region23:16