Türkiyə millisinin kapitanının qabırğası qırılıb
Futbol
- 12 oktyabr, 2019
- 13:14
Türkiyə millisinin heyətində zədələnən "Fənərbağça"nın futbolçusu Emre Belözoğlunun durumuna aydınlıq gəlib.
"Report" Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, AVRO-2020-nin seçmə mərhələsində Albaniyanı məğlub etdikləri (1:0) görüşdə xəsarət alan 39 yaşlı yarımmüdafiəçinin sol qabırğasında qırıq aşkarlanıb.
Yığmanın kapitanının Fransaya qarşı növbəti matçda iştirak etməyəcəyi dəqiqləşib. Buna baxmayaraq, təcrübəli oyunçu vacib qarşılaşmada komanda yoldaşlarının yanında olmaq istədiyini və müalicəsinə yığma ilə birgə davam etdirəcəyini bildirib.
Qeyd edək ki, oktyabrın 14-də keçiriləcək Fransa - Türkiyə matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Hər iki kollektiv qrup mərhələsində 18 xal toplayıb.
Son xəbərlər
14:43
Daxili İşlər Nazirliyi qadın namizədlərin xidmətə qəbulu ilə bağlı müsabiqə elan edir
Daxili siyasət14:41
"Beşiktaş" "Real"ın hücumçusu üçün rəsmi təklif göndərib
Futbol14:40
Maka Boçorişvili: Gürcüstan ABŞ-la məzmunlu və yenilənmiş strateji tərəfdaşlıq istəyir
Region14:36
"Tottenhem" fransalı hücumçu ilə bağlı qərar verib
Futbol14:32
Papikyan: Ermənistan MN sərhəddə üç il ərzində görülən mühəndis-istehkam işləri barədə hesabat verəcək
Region14:31
Azərbaycanda ötən ay 228 ailə dövlətdən kirayəyə mənzil götürüb
İnfrastruktur14:23
Papoyan: Rusiyanın TRIPP layihəsində iştirakı nəzərdə tutulmur
Region14:23
Azərbaycanda ulduz kateqoriyalı hotellərin 74 %-i paytaxtdadır
Turizm14:22