“Tottenhem”in futbolçusu Çempionlar Liqasının finalından sonra “Real Madrid”ə keçəcək
Futbol
- 21 may, 2019
- 09:34
İngiltərə “Tottenhem”inin futbolçusu Kristian Eriksen Çempionlar Liqasının finalından sonra İspaniyanın “Real Madrid” klubunun oyunçusu qismində təqdim olunacaq.
“Report” “El Chiringuito” portalına istinadən xəbər verir ki, 27 yaşlı danimarkalı yarımmüdafiəçi və klubu ilə bütün şərtlər razılaşdırılıb. Transferin məbləği və şəxsi müqavilənin detalları barədə məlumat verilmir.
2013-ci ilin yayında Hollandiya “Ayaks”ından 13,5 milyon avroya alınan Eriksenin “Tottenhem”lə 2020-ci ilin iyuluna qədər müqaviləsi var.
Qeyd edək ki, “Tottenhem” iyunun 1-də Madriddəki “Metropolitano” stadionunda baş tutacaq finalda digər İngiltərə təsmilçisi “Liverpul” ilə qarşılaşacaq.
Son xəbərlər
08:09
İran ətrafındakı münaqişə fonunda bir sıra dövlətlər qızıl satışına başlayıb
İqtisadiyyat07:58
İsrail və Livan liderləri bu gün danışıqlar aparacaq
Digər ölkələr07:56
Dollar ucuzlaşır
İqtisadiyyat07:22
Tailandın Mərkəzi Bankı iqtisadi artım proqnozunu aşağı salıb
Digər ölkələr06:49
"FT": Livanda atəşkəs bu həftə qüvvəyə minə bilər
Digər ölkələr06:23
ABŞ Hörmüz boğazında mina əleyhinə əməliyyatlarını gücləndirir
Digər ölkələr05:46
Nəriman Axundzadə "Kolambus Kryu"nun qələbəsində pay sahibi olub
Futbol05:18
Britaniyanın Baş naziri sosial şəbəkə şirkətlərinə uşaqlarla bağlı çağırış edib
Digər ölkələr04:50