“Səbail” klubu qapıçı Emil Balayevlə müqavilənin müddətini uzadıb
Futbol
- 20 iyun, 2017
- 14:05
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 iyun. REPORT.AZ/ 2017/2018 mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Səbail” komandası qapıçı Emil Balayevlə müqavilənin müddətini uzadıb.
“Report”un paytaxt təmsilçisinin rəsmi “facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, bu ilin yanvarından icarə əsasında "Səbail"də çıxış edən 23 yaşlı qolkiper 2 illik sözləşməyə imza atıb. O, müqavilə ilə məxsus olduğu “Qarabağ”dan birdəfəlik transfer olunub.
Qeyd edək ki, “Səbail” yay fasiləsində Vüqar Nadirov, Kamal Qurbanov, Emin Mehtiyev, Aqşin Muxtaroğlu, Yamin Ağakərimzadə və Raul Yaqubzadəni heyətinə qatıb. Həmçinin Aqşin Qurbanlı, Orxan Qurbanlı və Təyyar Məmmədovu “Neftçi”dən icarəyə götürüb.
Son xəbərlər
11:47
Yersayın Naqaspayev "Qazaxıstan Dəmir Yolları" SC-nin rəhbəri təyin edilib - Yenilənib
Region
11:46
Vüqar Bayramov: Zəfərdən sonra Kəlbəcər rayonunun iqtisadiyyatı 30 dəfədən çox böyüyüb
Daxili siyasət
11:46
Azərbaycan və Gürcüstanın polis akademiyaları arasında Anlaşma Memorandumu imzalanıb
Xarici siyasət
11:44
Azərbaycan İndoneziyaya qeyri-neft məhsullarının ixracının genişləndirilməsində maraqlıdır
Biznes
11:39
NETTY 2026 nominantların seçiminə başlayır
Media
11:38
Qara Qarayevin iştirakı ilə "Yaşıl Top" layihəsinin növbəti tədbiri təşkil olunub
Futbol
11:38
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq edən şirkət direktorun məhkəməsi başlayır
Hadisə
11:38
Gürcüstan və Azərbaycan Orta Dəhlizin perspektivlərini müzakirə edəcək
Xarici siyasət
11:33
Video
Hanoyda yaşayış evində baş verən partlayış nəticəsində 6 nəfər ölüb
Digər ölkələr