"Çelsi"nin baş məşqçisi 20 ildən sonra həmyerlisinin nailiyyətini yeniləyə bilər
Futbol
- 29 may, 2019
- 11:57
Bakıda keçiriləcək Avropa Liqasının final oyunu İngiltərənin "Çelsi" komandasının baş məşqçisi Mauritsio Sarri üçün əlamətdar ola bilər.
"Report"un məlumatına görə, "zadəganlar" həlledici görüşdə Londonun digər təmsilçisi "Arsenal"ı məğlub etsə, 20 ildən sonra ilk dəfə italiyalı baş məşqçi turnirin qalibi olacaq.
Son olaraq 1998/1999 mövsümündə Alberto Malezani bu uğuru təkrarlaya bilib. O, "Parma" ilə finalda İtaliya "Latsio"sunu 3:0 hesabı ilə məğlub edərək titula sahib olub.
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyunu saat 23:00-da başlayacaq.
Son xəbərlər
14:52
Foto
Naxçıvanda mülki müdafiə işinin təşkili ilə bağlı toplanış keçirilib
Daxili siyasət14:48
Qaxın sabiq icra başçısının həbs müddəti uzadılıb
Hadisə14:47
Azərbaycan XİN-də İndoneziya ilə ikitərəfli münasibətlərin inkişafı müzakirə edilib
Xarici siyasət14:45
Ötən il Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 514 müraciət olub
Daxili siyasət14:39
Azərbaycan Qazaxıstana ispanaq ixrac etməyə başlayıb
Biznes14:39
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi keçən il 17 uşaq müəssisəsində monitorinq aparıb
Daxili siyasət14:30
Qırğızıstan Prezidentinin yeni səlahiyyətli nümayəndəsi təyin edilib
Region14:22
Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı oyunlarının təqvimi açıqlanıb
Futbol14:20