Rövnəq Abdullayev FIFA prezidenti ilə görüşüb
Futbol
- 03 oktyabr, 2018
- 12:50
Bakı. 3 oktyabr. REPORT.AZ/ Bu gün İsveçrənin Sürix şəhərində FIFA və AFFA rəhbərliyi arasında görüş keçirilib.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, FIFA-nın prezidenti Canni İnfantino ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında baş tutan görüşdə Azərbaycan futbolu ilə bağlı məsələlər ətraflı müzakirə olunub. Rövnəq Abdullayev bu il Rusiyada keçirilmiş dünya çempionatının yüksək səviyyədə təşkil olunması ilə bağlı Canni İnfantinonu təbrik edib.
FIFA və AFFA arasında mövcud olan yüksək səviyyəli əməkdaşlığın bundan sonra da davam etdirilməsi barədə fikir mübadiləsi aparılıb.
Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.
Son xəbərlər
15:45
Axtarışda olan 13 nəfər ötən gün saxlanılıb
Hadisə15:30
Azərbaycan XİN: Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik
Xarici siyasət15:29
Donald Trampın bəyanatı fonunda neft ucuzlaşmağa başlayıb
Energetika15:22
BƏƏ-nin HHM sistemləri bu gün 7 ballistik raket və 16 PUA-nı ələ keçirib
Digər ölkələr15:21
Azərbaycan nasos istehsalını 32 %-dən çox artırıb
Sənaye15:15
Sumqayıtda 40 min abonentin qaz təchizatında fasilə yaranacaq
Daxili siyasət15:13
Abbas Əraqçi və Hakan Fidan Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Region15:11
Tramp İranın enerji infrastrukturuna zərbələri beş gün təxirə salmağı tapşırıb
Digər ölkələr15:09