"Real Madrid" Modriçlə müqavilənin uzadılması barədə razılığa gəlib
Futbol
- 22 fevral, 2019
- 08:20
Bakı. 22 fevral. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubu futbolçusu Luka Modriçlə müqavilənin uzadılması ilə bağlı razılığa gəlib.
"Report" "Marca"ya istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmə 2021-ci ilə qədər nəzərdə tutulacaq.
AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Xorvatiya yığmasının kapitanının karyerasını Madrid klubunda başa vuracağı ehtimal olunur.
Qeyd edək ki. Luka Modriç 2012-ci ildən "Real Madrid"də çıxış edir. Komandanın heyətində 290 oyun keçirən ulduz futbolçu 4 dəfə Çempionlar Liqasının qalibi olub. "Qızıl top"un son sahibi həm də 2018-ci il dünya çempionatında ən yaxşı futbolçusu adına layiq görülüb. Onun hazırkı müqaviləsi 2020-ci ilin yayında başa çatır.
Son xəbərlər
06:47
KİV: Liviyanın cənubunda helikopter qəzası nəticəsində beş nəfər həlak olub
Digər ölkələr06:29
Yaponiyanın NATO-nun Ukrayna proqramına qoşulması ilə bağlı məlumat təkzib edilib - YENİLƏNİB
Digər ölkələr05:56
Video
ABŞ Sakit okeanda narkotacirlərin gəmisinə zərbə endirib
Digər ölkələr05:19
"Reuters": ABŞ NATO-nun iki qərargahında aparıcı rolundan imtina etmək istəyir
Digər ölkələr04:16
ABŞ Dövlət katibi 13-16 fevral aralığında Almaniya, Slovakiya və Macarıstana səfər edəcək
Digər ölkələr03:38
Video
ABŞ-də təyyarə avtomobillə toqquşub, dörd nəfər xəsarət alıb
Digər ölkələr03:14
"Kan": Qəzzaya yaxın vaxtlarda İndoneziyadan bir neçə min hərbçi göndərilə bilər
Digər ölkələr02:57
"Forbes": Azərbaycan Avrasiyanın geosiyasi baxımdan yenidən qurulmasında kilid rol oynayır
Analitika02:33