"Qarabağ"ın rəqibinin daha bir oyunu təxirə salınıb

"Qarabağ"ın rəqibinin daha bir oyunu təxirə salınıb Bakı. 7 avqust. REPORT.AZ/ Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ”la qarşılaşacaq BATE komandasının Belarus çempionatındakı oyunu da təxirə salınıb.
Futbol
7 Avqust , 2018 14:43
Qarabağın rəqibinin daha bir oyunu təxirə salınıb

Bakı. 7 avqust. REPORT.AZ/ Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ”la qarşılaşacaq BATE komandasının Belarus çempionatındakı oyunu da təxirə salınıb. 

"Report" klubun saytına istinadən xəbər verir ki, Borisov təmsilçisinin XVIII tur çərçivəsində "Dinamo" (Brest) ilə avqustun 18-ə nəzərdə tutulan matçı oktyabrın 31-də keçiriləcək. Bundan öncə BATE-nin Belarus Kubokunun 1/8 finalında “Qorodeya” ilə görüşü də təxirə salınıb. Həmin qarşılaşma noyabrın 17-də təşkil olunacaq. 

BATE avqustun 14-də evdə “Qarabağ”a qarşı keçirəcəyi matça daha yaxşı hazırlaşmaq üçün bu addımı atıb.

Qeyd edək ki, “Qarabağ” avqustun 10-da Azərbaycan Premyer Liqasının I turu çərçivəsində “Zirə”ni qəbul edəcək. Ağdam təmsilçisi bu oyunun təxirə salınması ilə bağlı Peşəkar Futbol Liqasına müraciət etməyib.

Son xəbərlər

Orphus sistemi