"Qarabağ"ın rəqibinin baş məşqçisi Avropa Liqasındakı hədəflərindən danışıb

"Qarabağ"ın rəqibinin baş məşqçisi Avropa Liqasındakı hədəflərindən danışıb Bakı. 15 sentyabr. REPORT.AZ/ Qarabağın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan İngiltərə Arsenalının baş məşqçisi Unay Emeri Avropa Liqasındakı hədəflərindən danışıb.
Futbol
15 Sentyabr , 2018 10:11
Qarabağın rəqibinin baş məşqçisi Avropa Liqasındakı hədəflərindən danışıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan İngiltərə "Arsenal"ının baş məşqçisi Unay Emeri Avropa Liqasındakı hədəflərindən danışıb.

"Report" “The Telegraph”a istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis Avropa Liqasının önəmli olduğunu və bu turniri qazanmaq istəkdiklərini deyib: 

Onun fikrincə, Çempionlar Liqasından sonra Avropa Liqası ən önəmli yarışmadır: "Əgər komandalar Çempionlar Liqasında oynaya bilmirlərsə, həmin vaxt bu turnir çox vacib olur. Avropa Liqasının qalibi olan komanda Çempionlar Liqasında çıxış edir. Bu isə turnirə olan marağı artırır".

Qeyd edək ki, "Qarabağ"ın İngiltərə klubu ilə ilk matçı oktyabrın 4-də Bakı Olimpiya Stadionunda baş tutacaq. Londondakı qarşılaşma isə dekabrın 13-də olacaq. 

Son xəbərlər

Orphus sistemi