"Qarabağ"ın Portuqaliyaya səfər proqramı açıqlanıb
Futbol
- 18 sentyabr, 2018
- 11:45
Bakı. 18 sentyabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsinin ilk turunda Portuqaliyada "Sportinq"in qonağı olacaq "Qarabağ"ın səfər proqramı müəyyənləşib.
"Report" klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu gün saat 19:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanında çarter reysi ilə yola düşəcək. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oyunöncəsi mətbuat konfransı sentyabrın 19-u Bakı vaxtı ilə saat 21:30-a təyin olunub.
Oyundan dərhal sonra vətənə dönəcək Ağdam təmsilçisi sentyabrın 21-də saat 09:05-də Bakıya çatacaq.
Qeyd edək ki, sentyabrın 20-də Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək "Sportinq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Son xəbərlər
05:29
"BAE Systems" Britaniya hökumətini müdafiə xərcləri planlarını dəqiqləşdirməyə çağırıb
Digər ölkələr05:04
KİV: ABŞ həftə sonu İrana zərbə endirmək imkanını araşdırır
Digər ölkələr04:34
Azərbaycan BMT-də beynəlxalq hüququn ardıcıl tətbiqinə çağırış edib
Xarici siyasət04:12
Ağ Ev: Vatikanın Sülh Şurasında iştirakdan imtinası təəssüf doğurur
Digər ölkələr03:34
Gürcüstanın xarici işlər naziri: Aİ-nin Tbilisiyə təzyiqi səhvdir
Region03:07
KİV: ABŞ bütün qoşunlarını Suriyadan çıxarır
Digər ölkələr02:51
Peşekian: İran müharibə etmək istəmir
Region02:17
Foto
Leyla Əliyeva Tiranada Albaniya Prezidenti Bayram Beqay ilə görüşüb
Xarici siyasət01:59