Yuxarı

Dünya çempionu AVRO-2020-dən sonra millidəki karyerasını başa vuracaq

Olivye Jiru millidən gedəcəyi vaxtı açıqladı

İngiltərənin "Çelsi" klubunun fransalı futbolçusu Olivye Jiru 2020-ci ildə keçiriləcək Avropa çempionatından sonra milli komandadakı karyerasını başa vuracaq.

"Report" "RTL France"yə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu bu barədə AVRO-2020-nin seçmə mərhələsinin I turunda Fransanın Moldovanı səfərdə məğlub etdiyi oyundan sonra məlumat verib.

O, AVRO-2020-nin yığma ilə son turniri olacağını deyib: "Bundan sonra gənclərə yol verməliyəm. Kilian Mbappe komandadakı əsas hücumçu olacaq".

Qeyd edək ki, Fransa Moldovanı 4:1 hesabı ilə məğlub edib. Matça start heyətdə başlayan O.Jiru 36-cı dəqiqədə komandasının 3-cü qolunu vurub. Forvard 81-ci dəqiqədə əvəzlənib. Jiru Fransa yığmasının heyətində 2018-ci ildə keçirilmiş dünya çempionatının qalibi olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi