"Neftçi” - "Səbail” oyununun biletləri satışa çıxarılacaq

Futbol
  • 27 sentyabr, 2018
  • 09:40
Neftçi” - Səbail” oyununun biletləri satışa çıxarılacaq
affa.az

Bakı. 27 sentyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının VI turunda keçiriləcək "Neftçi” – "Səbail” oyununun biletləri bu gün günortadan sonra satışa çıxarılacaq.

“Report” xəbər verir ki, qiymət VİP yerlərə 5 manat, qalan bütün sektorlara isə 1 manat təşkil edir. Biletləri "Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, senytbarın 29-da keçiriləcək matç saat 18:55-də başlayacaq. Oyundan əvvəl "Red Bull”un dəstəyi ilə azarkeşlər üçün müxtəlif əyləncələrin yer alacağı xüsusi fanzona yaradılacaq. Fanzonanın bütün təkliflərindən yararlanmaq üçün bilet alıb oyuna iki saat qalmış stadionda olmaq lazımdır.