Bakı. 22 yanvar. REPORT.AZ/ Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Uels yığması yoldaşlıq oyunu keçirəcək.
“Report” Uels Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Rayan Giqqzin rəhbərlik etdiyi kollektiv sentyabrın 10-da Belarusla qarşılaşacaq. Saat 22:45-ə təyin edilən matçın baş tutacağı şəhər və stadion hələ dəqiqləşməyib.
Bu, britaniyalıların sentyabrda ikinci ev oyunu olacaq. Uels yığması Belarusla dueldən 4 gün əvvəl “Kardiff Siti” stadionunda Azərbaycan millisi ilə üz-üzə gələcək.
Qeyd edək ki, bu komandalar arasında ikinci görüş noyabrın 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Uelslə Azərbaycan Macarıstan, Slovakiya və Xorvatiya yığmaları ilə birgə E qrupunda yer alıb.