"Milan" və "İnter" milyardlıq stadion layihəsini təqdim etdi

"Milan" və "İnter" milyardlıq stadion layihəsini təqdim etdi İtaliyanın İnter və Milan klubları San-Siro rayonunda birgə həyata keçirəcəkləri yeni stadion və əyləncə parkının layihəsini təqdim ediblər.
Futbol
8 May , 2020 12:02
Milan və İnter milyardlıq stadion layihəsini təqdim etdi

İtaliyanın "İnter" və "Milan" klubları "San-Siro" rayonunda birgə həyata keçirəcəkləri yeni stadion və əyləncə parkının layihəsini təqdim ediblər.

"Report"un məlumatına görə, layihəyə klubların hazırkı ev arenasının bir hissəsi saxlanılmaqla, yeni stadion tikintisinin iki variantı daxildir. "Cüzeppe Meatsa"dan yalnız aşağı tribunalar saxlanılacaq və stadion idman-əyləncə klasterinin bir hissəsinə çevriləcək.

60 min yerlik yeni arena yaxınlığında 106 000 kvadratmetrlik yaşıl zona olacaq. Layihənin dəyəri 1 milyard dollardır.

Qeyd edək ki, həm "İnter", həm də "Milan"ın ev oyunlarını keçirdiyi "San-Siro" stadionu 1926-cı ildə açılıb. 1979-cu ildə arenanın adı dəyişdirilərək, hər iki komandanın formasını geyinmiş futbolçunun şərəfinə "Cuzeppe Meatsa" olub. Mərhum hücumçu 1934 və 1938-ci il dünya çempionatlarında İtaliya yığmasının heyətində qızıl medal qazanıb. O, 1940 - 1942-ci illərdə "Milan"da, 1946 - 1947-ci illərdə "İnter"də forma geyinib.   

Son xəbərlər

Orphus sistemi