Argentina futbol yığmasının və "Barselona" komandasının kapitanı Lionel Messi "The Best FIFA Awards-2019" mükafatlandırma mərasimi haqqında fikirlərini bildirib.
Bu barədə "Report"
"Mənim belə tanınmağım üçün qərar verən hamıya təşəkkür etmək istəyirəm. Şəxsən mənim üçün fərdi mükafatlar ikincidir, komanda hər şeydən yüksəkdir. Amma bu gün mənim üçün xüsusi gündür, çünki həyat yoldaşım və uşaqlarım burdadır. Onlar ilk dəfədir bura gəliblər. Onları görmək mənə misilsiz sevinc bəxş edir", - deyə futbolçu bildirib.
Mənim oğullarım futbol həvəskarlarıdır, ətraflarındakı bütün oyunçulara təvazökarlıqla baxırlar. Hətta bilmirəm, onlar kimləsə şəkil çəkdirməyi xahiş ediblərmi? Bu gün övladlarımla bölüşmək üçün çox gözəl gündür", - deyə 32 yaşlı argentinalı futbolçu əlavə edib.
Qeyd edək ki, mükafatlandırılma mərasimi Milanda keçirilib. Lionel Messi Beynəlxalq Futbol Federasiyası Asossiasiyası - FİFA tərəfindən "İlin ən yaxşı futbolçusu" adına layiq görülüb. Siyahıda ikinci yerdə "Liverpul"un müdafiəçisi Virdjil van Deyk, üçüncü yerdə isə "Yuventus"un hücumçusu Kriştianu Ronaldu qərarlaşıb.