Maykl Essyen: “Çelsi” ailəsini Bakıda görmək xoşdur”
Futbol
- 17 may, 2019
- 10:22
Hazırda Bakının “Səbail” komandasında çıxış edən Maykl Essyen UEFA Avropa Liqasının final oyununa hazırlıq çərçivəsində Bakıda işgüzar səfərdə olan “Çelsi” klubunun katibi Devid Bernardla görüşüb.
“Report” xəbər verir ki, 2005 – 2012-ci illərdə London təmsilçisinin formasını geyinmiş qanalı yarımmüdafiəçi “Instagram” hesabında “zadəganlar”ın həm də futbol direktoru olan funksionerlə şəklini paylaşıb. “Mənim yaxınım cənab Bernardla birgə “Çelsi” ailəsini Bakıda görmək xoşdur. Uşaqlar, sizi yenə gözləyirik” deyə Essyen yazıb.
Qeyd edək ki, “Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının finalında digər London təmsilçisi “Arsenal” ilə qarşılaşacaq.
Son xəbərlər
16:41
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır
Daxili siyasət16:38
Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur
İnfrastruktur16:36
İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib
Xarici siyasət16:34
Foto
Video
Əfv sərəncamının icrası başa çatıb - YENİLƏNİB-3
Daxili siyasət16:30
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
Turizm16:26
Azərbaycanın BMT-də örnək göstərilən sülh təşəbbüsü - altı aya yaranan "möcüzə" - ŞƏRH
Analitika16:25
Səfir: Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələri əhəmiyyətli dərəcədə aktivləşib
Xarici siyasət16:24
Azərbaycan 8 ayda Portuqaliyaya 400 min tona yaxın neft satıb
Energetika16:21