"Mançester Siti" rekord məbləğdə gəlir əldə edib
Futbol
- 13 sentyabr, 2018
- 20:16
Bakı. 14 sentyabr. REPORT.AZ/ İngiltərənin "Mançester Siti" klubu 2017-2018 mövsümündəki gəlirlərinə dair hesabat təqdim edib.
"Report"un məlumatına görə, "şəhərlilər" rekord məbləğdə - 505,5 milyon funt daxilolmalarının olduğunu bəyan ediblər.
Klubun təmiz qazancı 10,4 milyon funt təşkil edib. Son 5 ildə gəlirlər 44 faiz artıb. Bu, teleyayım hüquqlarının satışı, Çempionlar Liqasındakı irəliləyiş və daha əlverişli sponsor müqavilələri ilə əlaqədardır.
Qeyd edək ki, ötən mövsüm "Mançester Siti" Xosep Qvardiolanın rəhbərliyi altında İngiltərə çempionu olub. Hazırda komanda 4 turdan sonra 10 xalla 4-cü yeri tutur.
Son xəbərlər
21:05
"Neftçi" "İmişli"ni darmadağın edib
Futbol21:01
Video
Leyla Əliyeva Ramazan bayramı münasibəti ilə paylaşım edib
Daxili siyasət20:51
İranın Xarq adasında təhlükəsizlik bərpa olunub
Region20:33
Video
Tramp: İran Yaxın Şərqi ələ keçirmək istəyirdi
Region20:25
Rusiya XİN: Xəzərdəki İran limanına edilən hücumlar maraqlarımıza təsir edir
Region20:13
Pezeşkian qonşu ölkələrə müraciət edib
Region20:05
Modi ilə Bəhreyn Kralı İranın hücumlarını pisləyiblər
Digər ölkələr20:04
Prezidentin sosial media hesablarında Novruz bayramı münasibətilə paylaşım edilib
Daxili siyasət19:45