Yuxarı

Macarıstan yığması ilə oyunda zədələnən Riçard Almeydanın durumuna aydınlıq gəlib

Macarıstan yığması ilə oyunda zədələnən Riçard Almeydanın durumuna aydınlıq gəlib

Macarıstan yığması ilə AVRO-2020-nin seçmə matçında meydanı vaxtından əvvəl tərk edən Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın zədəsi ciddi deyil.

Bu barədə “Report”a 30 yaşlı yarımmüdafiəçinin özü açıqlama verib. Almeyda bildirib ki, 54-cü dəqiqədə diz nahiyəsindən aldığı zərbə nəticəsində ağrılar hiss edib. Bu səbəbdən, oyunu davam etdirməməsi məqsədəuyğun sayılıb.

“Qarabağ”ın oyunçusu oktybarın 19-da Premyer Liqanın VIII turunda “Qəbələ” ilə səfər qarşılaşmasında meydana çıxmasının mümkünlüyünü əlavə edib.

Qeyd edək ki, Macarıstan yığmasının Azərbaycan millisini 1:0 hesabı ilə məğlub etdiyi oyunun baş hakimi Dennis Higler 90+4-cü dəqiqədə Bəhlul Mustafazadənin təmiz qolunu saymayıb. Hollandiyalı referi qarşılaşmadan sonra səhvinə görə üzr istəyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi