La Liqa rəhbərliyi çempionatın taleyi barədə federasiya ilə razılaşdı

La Liqa rəhbərliyi çempionatın taleyi barədə federasiya ilə razılaşdı İspaniya Kral Futbol Federasiyası (RFF) və La Liqa rəhbərliyi ölkə çempionatının qalan matçlarının keçirilməsi barədə razılığa gəliblər.
Futbol
19 Aprel , 2020 19:15
La Liqa rəhbərliyi çempionatın taleyi barədə federasiya ilə razılaşdı

İspaniya Kral Futbol Federasiyası (RFF) və La Liqa rəhbərliyi ölkə çempionatının qalan matçlarının keçirilməsi barədə razılığa gəliblər. 

"Report" "Marca"ya istinadən xəbər verir ki, aprelin 18-də səkkiz saat davam edən danışıqlardan sonra tərəflər çempionatın qalan oyunlarını keçirmək üçün prinsipial razılıq əldə ediblər.

Qeyd olunub ki, razılığın əldə edilməsinin əsas səbəblərindən biri maliyyədir. Çünki, pandemiyanın yaratdığı böhran səbəbindən İspaniya hökuməti idman sahəsində daha sərt büdcə paketi hazırlamaq məcburiyyətində qalacaq. Belə ki, İspaniya çempionatının oyunlarından əldə olunan gəlir ölkənin Ümumi Daxili Məhsulun (ÜDM) 1,37% -ni təşkil edir.

Qeyd edək ki, "Barselona" 27 turdan sonra turnir cədvəlində 58 xalla ilk pillədə qərarlaşıb. 

İkinci yerdəki "Real Madrid"in 56, üçüncü sıradakı "Sevilya"nın isə 47 xalı var. La Liqa martın 12-də koronavirus pandemiyasına görə dayandırılıb. 

Son xəbərlər

Orphus sistemi