Kriştianu Ronaldu Çempionlar Liqasında 100-cü qələbəsini qazanan ilk futbolçuya çevrilib
Futbol
- 28 noyabr, 2018
- 05:48
Bakı. 28 noyabr. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu Çempionlar Liqasında 100-cü qələbəsini əldə edib.
"Report"un məlumatına görə, yubiley qalibiyyəti İspaniya "Valensiya"sı ilə V tur qarşılaşmasına təsadüf edib - 1:0. Portuqaliyalı hücumçu belə göstəriciyə imza atan ilk oyunçu olub. "Yarasalar"la görüşdə 33 yaşlı forvard 59-cu dəqiqədə Mario Mancukiçə məhsuldar ötürmə edib. Bu qələbə sayəsində xallarını 12-yə çatdıran Turin təmsilçisi 1/8 finala vəsiqəni təmin edib.
Digər tərəfdən, Ronaldu Çempionlar Liqasında indiyədək iştirak etmiş 140 komandadan 136-nı qələbə sayında üstələyir.
Qeyd edək ki, "Yuventus" sonuncu turda İsveçrədə "Yanq Boyz"un qonağı olacaq. Matç dekabrın 12-də keçiriləcək.
Son xəbərlər
04:02
Tramp Zelenskinin sülh sazişini nəzərdən keçirməməsindən məyus olub
Digər ölkələr03:46
Abşeronda 41 yaşlı kişi dəm qazından boğularaq ölüb
Hadisə03:30
Masazırda avtomobil yanıb, ölən və yaralılar var
Hadisə03:15
Nigeriyada qaçırılan 100 məktəbli terrorçuların əlindən azad edilib
Digər ölkələr02:36
Meksikada bomba yüklü avtomobilin partlaması nəticəsində 5 nəfər ölüb
Digər ölkələr02:16
Luvrda subasma nəticəsində yüzlərə tarixi kitab zədələnib
Digər ölkələr01:35
Afrika ölkələri Benində qoşun yerləşdirəcək
Digər ölkələr01:12
Benin Prezidenti: Dövlət çevrilişinə cəhdin qarşısı alınıb
Digər ölkələr01:03