KİV: Ronaldu sabiq komandalarından birinə keçə bilər

KİV: Ronaldu sabiq komandalarından birinə keçə bilər Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun mövsümün sonunda İtaliya Yuventusundan gedəcəyi ilə bağlı daha bir iddia üzə çıxıb.
Futbol
10 İyun , 2020 09:39
KİV: Ronaldu sabiq komandalarından birinə keçə bilər
Kriştianu Ronaldu

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun mövsümün sonunda İtaliya "Yuventus"undan gedəcəyi ilə bağlı daha bir iddia üzə çıxıb. 

"Report" "Radio Rossonera"ya istinadən xəbər verir ki, 35 yaşlı hücumçu Turin təmsilçisindən ayrılmaq niyyətindədir. O, mövsüm bitəndən sonra rəhbərliklə görüşərək, komandadan ayrılacaq. 

Ronaldunu heyətinə qatmaq istəyən klublar da bəllidir. Ulduz futbolçunun sabiq komandaları İngiltərə "Mançester Yunayted"i və ya İspaniya "Real Madrid"inə qayıtma ehtimalının yüksək olduğu irəli sürülüb.

Belə olacağı təqdirdə, Fransanın PSJ klubunun da ulduz futbolçu üçün mübarizə aparacağı deyilir. 

Qeyd edək ki, Kriştianu Ronaldu 2018-ci ilin yayında 117 min avro qarşılığında İspaniyanın "Real Madrid" klubundan "Yuventus"a keçib. Portuqaliyalı forvardın müqaviləsi 2022-ci ildə başa çatır. Ronaldu cari mövsüm 32 oyunda meydanda olub, 25 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. 

Son xəbərlər

Orphus sistemi