Yuxarı

Azərbaycanda ilin ilk futbol matçı darmadağınla yekunlaşıb

"Keşlə"dən 5 qol

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycanda peşəkar komandaların iştirakı ilə ilin ilk futbol matçı keçirilib.

“Report” xəbər verir ki, Premyer Liqa təmsilçisi “Keşlə” təlim-məşq toplanışı çərçivəsində I Divizionda yarışan “Qaradağ Lökbatan”la yoxlama oyununda üz-üzə gəlib. Türk Hava Yolları Futbol Mərkəzində baş tutan matç Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektivin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə ilk qolu 35-ci dəqiqədə Nikola Mitroviç penaltidən vurub. Oyunun 42-ci dəqiqəsində Seymur Əsədov, 3 dəqiqə sonra isə Vüsal İsgəndərli komandasının 3-cü qoluna imza atıb. Qarşılaşmanın 90-cı dəqiqəsində isə Andre Klennon son nöqtəni qoyub.

Qeyd edək ki, "Keşlə"nin yeni transferlərindən Vüsal İsgəndərli və Emin Mehdiyev oyuna start heyətdə başlayıb. Con Kamara isə ikinci hissədə meydanda olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi