İbrahimoviç iki oyunluq cəzalandırılıb

İbrahimoviç iki oyunluq cəzalandırılıb Los Angeles Galaxy klubunun isveçli hücumçusu Zlatan İbrahimoviç MLS-də iki oyunluq cəzalandırılıb.
Futbol
18 May , 2019 02:56
İbrahimoviç iki oyunluq cəzalandırılıb

"Los Angeles Galaxy" klubunun isveçli hücumçusu Zlatan İbrahimoviç MLS-də iki oyunluq cəzalandırılıb.

"Report" "Los Angeles Times" nəşrinə istinadən xəbər verir ki, forvarda cəza "New York City"nin qapıçısı Şon Consonla aralarında baş vermiş insidentə görə verilib.

İbrahimoviçin komandasının 0:2 hesabı ilə geridə olduğu matçın sonunda isveçli topu qapının yuxarı tirinə vurub, ardınca qapıçı ona yaxınlaşıb və itələməyə başlayıb. Bu zaman Zlatan rəqibin boynundan yapışıb, ardınca yerə yıxılıb. Consonun cəzalandırılıb-cəzalandırılmayacağı məlum deyil.

37 yaşlı İbrahimoviç cari mövsümdə MLS çempionatının 10 matçında iştirak edib və 9 dəfə (4-ü penaltidən) fərqlənib, həmçinin 3 sarı vərəqə alıb. Oyunçunun klubla müqaviləsi 31 dekabr 2019-cu il tarixinə qədər nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi