"Qələbə qazanmaq üçün çox istəkli idik. Matçın əvvəlindən buna doğru irəliləyirdik və sona qədər rəqibi təzyiq altında saxladıq".
"Report" xəbər verir ki, bu fikirləri Slovakiya millisinin futbolçusu Milan Şkrinyar AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanı 1:5 hesabı ilə məğlub etdikləri matç barədə danışarkən deyib.
Federasiyanın rəsmi saytına açıqlama verən 24 yaşlı müdafiəçi qarşılaşmada gözəl qollar vurduqlarını söyləyib: "1:5 hesablı qələbə qazanmağımıza baxmayaraq asan oyun olmadı. Burada qələbə qazanmalı idik. Favoritlərdən heç biri Azərbaycanda xal itirməməlidir".
Skrinyar deyib ki, 5:1 hesabı ilə qələbə qazanmalarına baxmayaraq, asan görüş olmayıb: "Burada qələbə qazanmalı idik".
Komandasının sonuncu qoluna imza atan David Hançko isə qələbənin asan başa gəlmədiyini bildirib: "Milli komandada ilk qolumu vurmağı bacardım. Çox xoşbəxtəm, ancaq 3 xal daha önəmlidir".
Hücumçu Robert Bojennik isə gözəl hisslər keçirdiyini dilə gətirib: "Seçmə oyunda 5:1 hesabı ilə qalib gəlmişik. Millidə ilk rəsmi oyunumu keçirdim. Açığı, gözlərim yaşardı. Bu, mənim arzum və ən yüksək hədəfim idi. Balaca uşaq kimiyəm".