Ermənistan yığmasına yeni baş məşqçi təyin olunub

Ermənistan yığmasına yeni baş məşqçi təyin olunub Bakı. 8 oktyabr. REPORT.AZ/ Futbol üzrə Ermənistan yığmasının yeni baş məşqçisi müəyyənləşib.
Futbol
8 Oktyabr , 2018 10:00
Ermənistan yığmasına yeni baş məşqçi təyin olunub

Bakı. 8 oktyabr. REPORT.AZ/ Futbol üzrə Ermənistan yığmasının yeni baş məşqçisi müəyyənləşib.

"Report" xəbər verir ki, Ermənistan Futbol Federasiyasının İcraiyyə Komitəsinin qərarı ilə bu vəzifəyə Armen Gülbudaqyants təyin olunub.

Son iş yeri "Pünik" olan 52 yaşlı mütəxəssis daha əvvəl ölkəsində "Alaşkert", "İmpuls" və "Banants"a rəhbərlik edib. O, Ermənistanın U-19 və U-21 yığmalarının da baş məşqçisi olub.

Qeyd edək ki, ötən ay Ermənistan Futbol Federasiyasında keçirilmiş prezident seçkisi ərəfəsində Vardan Minasyan baş məşqçi postundan istefa verib. UEFA Millətlər Liqasında D Liqasının IV qrupunda yer alan Ermənistan yığması iki turdan sonra 3 xalla 2-ci sıradadır. Komanda oktyabrın 13-də Yerevanda Cəbəllütariqlə, oktyabrın 16-da isə Makedoniya ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi