Yuxarı
    Bağlamaq

    Elxan Məmmədov: "Ortada nəsə var ki, bu cəzanı tətbiq etmişik”

    İspaniya Futbol Federasiyasına 50 milyon avro ödəməkdənsə, Premyer Liqada 10-14 komanda saxlamaq yaxşı olardı© Report/ Elshan Baba — AFFA-nın baş katibi Elxan Məmmədov

    Bakı. 20 dekabr. REPORT.AZ/ “Hazırda bu məsələ ilə bağlı araşdırma davam edir. Bu gün hər şeyi açıb desək, araşdırmanı heç etmiş olarıq". 

    "Report"un məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov danışılmış oyunlarda iştirak etmələri səbəbindən ömürlük futboldan uzaqlaşdırılan şəxslər barədə danışarkən deyib. O, faktla əlaqədar prokurorluğa müraciət etdiklərini bildirib: "Futbolçu qəsdən zəif oynadığını etiraf edirsə, bu, futbol qanunlarına zidd haldır. Ortada nəsə var ki, bu cəzanı tətbiq etmişik”.

    Baş katib Azərbaycan tərəfinin İspaniya Futbol Federasiyasına sponorluq üçün 50 milyon avro ödəməyə hazır olduğu barədə AS nəşrinin yazdıqlarına da münasibət bildirib: "Xeyr, belə bir şey yoxdur. Bu, marketinq addımlarıdır. Belə edirlər ki, bizim tərəfdən də maraq yaransın. Türkiyə mətbuatında da SOCAR-ın adı hallanmışdı. Sponsorıuqdansa, Premyer Liqada 10-14 komanda saxlamaq yaxşı olardı". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi