İspaniyanın "Atletiko" klubunun futbolçusu Dieqo Kosta 8 oyunluq diskvalifikasiyaya məruz qalıb.
"Report"un məlumatına görə, bu barədə İspaniya Kral Futbol Federasiyasının İntizam-Komitəsi qərar qəbul edib.
Səbəb kimi 31 yaşlı hücumçunun La Liqada XXXI turun "Barselona" ilə matçında baş hakim Xesus Hil Mansanonu təhqir etməsi göstərilib.
Kosta qırmızı vərəqəni ilk yarının ortalarında alıb. Oyundan sonra Mansano Kostanın onun anasının ünvanına təhqiramiz ifadələr işlətdiyini protokolda yazıb. Futbolçu ittihamları rədd etsə də, günahı baş hakimin mikrofonundakı audioyazı vasitəsilə sübuta yetirilib.
La Liqada mövsümün sonunadək cəmi 7 tur qalıb. Bu isə o deməkdir ki, Kosta üçün mövsüm vaxtından əvvəl başa çatıb. Çünki "Atletiko" İspaniya Kuboku və Çempionlar Liqasında mübarizəni artıq dayandırıb.
Bundan başqa Kosta 6000 avro, klubu 2800 avro məbləğində cərimələnib.
Qeyd edək ki, "Atletiko" "Barselona"ya 0:2 hesabı ilə uduzub.