Məşhur futbolçu ABŞ-da klub alıb

Məşhur futbolçu ABŞ-da klub alıb Bakı. 25 fevral. REPORT.AZ/ İtaliya Yuventusunun sabiq hücumçusu Alessandro Del Pyero ABŞ-ın Los-Anceles şəhərində LA10FC futbol klubunun sahibi olub.
Futbol
25 Fevral , 2019 09:44
Məşhur futbolçu ABŞ-da klub alıb

Bakı. 25 fevral. REPORT.AZ/ İtaliya "Yuventus"unun sabiq hücumçusu Alessandro Del Pyero ABŞ-ın Los-Anceles şəhərində LA10FC futbol klubunun sahibi olub. 

"Report"un məlumatına görə, bu barədə məşhur oyunçunun özü açıqlama verib. 

O, 2018-ci ilin sonlarında həvəskarlar liqasında çıxış edən kiçik klub aldığını bildirib. Del Pyero bu xəbəri ilk dəfə ictimaiyyətə çatdırmasının səbəbini belə izah edib: "Ötən mövsüm biz ABŞ-ın 3-cü liqasının qalibi olduq. Bundan sonra bu gözəl təcrübəni sizinlə bölüşməyə və bütün kollektivə təşəkkür etməyə qərar verdim. Bu, hər zaman istədiyim layihədir və məni dərhal fəth etdi. Komandanın rəngləri ağ, qara və bozdur". 

Qeyd edək ki, Alessandro Del Pyero "Yuventus"da 1993 - 2012-ci illərdə çıxış edib. O, futbolçu karyerasını 2015-ci ildə başa vurub. Del Pyero Turin komandasının heyətində ikən 6 dəfə İtaliya çempionu, ölkə kubokunun və Çempionlar Liqasının qalibi, Superkubokun 4 qat sahibi olub. İtaliya yığmasında isə məşhur futbolçu 2006-cı ildə dünya çempionu və 2000-ci ildə Avropa vitse-çempionu olub.

Son xəbərlər

Orphus sistemi