Futbolçu Emiliano Salanın cəsədi tapılıb

Futbolçu Emiliano Salanın cəsədi tapılıb Bakı. 8 fevral. REPORT.AZ/ Dorset qraflığının polisi qəzaya uğramış təyyarənin qalıqlarının çıxarıldığını və argentinalı futbolçu, Uelsin Kardiff Siti klubunun futbolçusu Emiliano Salanın cəsədinin Britaniyanın Portlend limanına çatdırıldığını təsdiqləyib.
Futbol
8 Fevral , 2019 03:46
Futbolçu Emiliano Salanın cəsədi tapılıb

Bakı. 8 fevral. REPORT.AZ/ Dorset qraflığının polisi qəzaya uğramış təyyarənin qalıqlarının çıxarıldığını və argentinalı futbolçu, Uelsin "Kardiff Siti" klubunun futbolçusu Emiliano Salanın cəsədinin Britaniyanın Portlend limanına çatdırıldığını təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Polisin xəbərində bildirilir ki, Portlend limana çatdırılan cəsədin peşəkar futbolçu Emiliano Salanın meyiti olması rəsmi şəkildə müəyyən edilib.

Futbolçunun və təyyarəni idarə etmiş pilotun qohumları ekspertizanın nəticələri haqqında xəbərdar edilib. Faciənin başvermə şəraitinin araşdırılması davam edəcək.

Cümə axşamı xilasedicilər Emiliano Sala və pilot Devid İbbotson olduqları güman edilən cəsədləri parçalanmış təyyarədən çıxarıblar.

Təyyarənin özü isə bazar ertəsi tapılıb.

Son xəbərlər

Orphus sistemi