"Çelsi"nin sabiq futbolçusu APOEL-ə məşqçi təyin olunub
Futbol
- 05 sentyabr, 2019
- 05:20
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Kipr APOEL-ində məşqçi təyinatı gerçəkləşib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Nikosiya təmsilçisinin sabiq futbolçusu Nunu Moraiş Tomas Dollun rəhbərlik etdiyi məşqçilər korpusunda yer alacaq. 35 yaşlı keçmiş müdafiəçi ilə 2021-ci ilin mayınadək müqavilə imzalanıb.
Qeyd edək ki, Nunu Moraiş futbolçu karyerası ərzində Portuqaliyanın "Maritimu" və İngiltərənin "Çelsi" klublarında da çıxış edib. O, 2007 - 2019-cu illərdə Kipr təmsilçisinin formasını geyinib. "Qarabağ" qrup mərhələsində APOEL-lə ilk matçını oktyabrın 24-də evdə, növbəti görüşü isə noyabrın 7-də Nikosiyada keçirəcək.
Son xəbərlər
11:35
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağıb - Faktiki hava
Ekologiya
11:32
Tokayev: Azərbaycanın Qafqazda uzunmüddətli sülhə yönəlmiş siyasəti beynəlxalq ictimaiyyətin dəstəyini qazanır
Xarici siyasət
11:28
Foto
Yaponiyada populyar "Vivant" serialının izi ilə Azərbaycana turlar başladılıb
Turizm
11:26
Kasım-Jomart Tokayev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Xarici siyasət
11:16
Video
Batabat yaylağına qar yağır
Ekologiya
11:11
Foto
Xankəndidə Zəfər Günü qeyd edilib
Daxili siyasət
11:06
Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə qızıl medallar qazanıblar
Fərdi
11:04
Foto
Video
Azərbaycan və Türkiyə jurnalistləri üçün Şuşaya mediatur təşkil olunub
Qarabağ
11:04
Azərbaycanın futzal millisi bu gün Latviya ilə üz-üzə gələcək
Futbol